AZ

4 dəfə Oskar alan filmin yeni hissəsinə başlanılır

Amerika kinostudiyası "Matrix" film seriyasının beşinci hissəsi üzərində işləyir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə studiyanın bəyanatına qeyd olunub.

Filmin yaradılmasına amerikalı rejissor və ssenarist Dryu Qoddard cavabdeh olacaq.

Əvvəlki hissələrin yaradıcılarından biri Lana Vaçovski icraçı prodüser olacaq. Hələlik süjetin təfərrüatları və çəkilişlərdə iştirak edəcək aktyorların adları açıqlanmayıb.

Qeyd edək ki, Lana və Lilli Vaçovskinin rejissorluq etdiyi elmi fantastika seriyasının birinci hissəsi olan “Matrix” (The Matrix, 1999) dörd Oskar mükafatına layiq görülüb.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
790
Mənbələr
Şərh ()
Bağla

Reytinq