AZ

“İnter” 20-ci dəfə İtaliya çempionu oldu – Video


Milan “İnter”i 20-ci dəfə İtaliya çempionu adını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, italiyalı Simone İnzaqinin rəhbərlik etdiyi komanda A seriyasının 33-cü turunda ikinci pillədə qərarlaşan “Milan”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
İtaliyalı müdafiəçi Françesko Açerbi ( video ) və fransız hücumçu Markus Tyuram “İnter”in fərqlənən futbolçuları olub.
Bununla da çempionatın başa çatmasına 5 tur qalmış “İnter” 86 xal toplayıb və çempion olub. Belə ki, ikinci pillədə qərarlaşan “Milan” liderdən 17 xal geri qalır.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla