AZ

İllərin həsrətini bir günə sığdıranlar: 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO

İllərin həsrətini bir günə sığdıranlar: 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO

Qayğısız keçən məktəb illəri. Hər kəsin məktəb illəri ilə bağlı xatirələri var. Elə sinif yoldaşları var ki, 10 illiklər keçsə də, mütəmadi olaraq görüşür və məktəb illərini yada salır və xatirələrini təzələyirlər. Beyləqan rayonu Qaradağlı kənd tam orta məktəbinin şagirdlərini biz nümunə göstərə bilərik. Onlar məktəbi bitirməklərinin 52-ci ilində yenidən bir araya gəlib.

Sonxeber.az xəbər verir ki, onlar məktəb xatirələrini isə "ATV Xəbər"lə bölüşüblər. 1972-ci ildə Beyləqan rayon Aqil Budaqov adına Qaradağlı kənd tam orta məktəbini bitirən məzunlar yenidən bir araya gəldilər. Onlar illər əvvəl təhsil aldıqları məktəbdə bu gün də eyni sinif otağında eyni parta arxasında oturdular.

"30 ildən sonra ilk dəfə 2002-ci ildə bir araya gəlmişik. 2022-ci ildə məzunluğa görə görüşmüşük. Deyirlər ki, biz məktəbi 4 ildi bitirmişik və 5 adamı yığıb bir yerdə otura bilmirik. Bunlar isə 50 ildən sonra görüşürlər".

50 il sonra məktəb yoldaşları öz xatirələrində yadda qalanlar haqqında danışdılar:

"Bu sinifdə hamı bir-biri ilə mehriban idi. Malik müəllim hər zaman təşkilatçılıq edib və bizi burada görüşdürüb. İllər keçsə də o mehribançılıq bizdə itmir. Bizim kollektivimiz çox aktiv olub. İllər əvvəl olduğu kimi bu gün də bir-birimiz ilə mehribanıq".

19 məzun xatirələri ilə nostalji hisslər keçirdilər.

Ətraflı "ATV Xəbər"in süjetində:

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla