AZ

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclasında 14 dissertasiya işinin müzakirəsi aparılıb

 

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

 

Aztibb.az-a AMEA-dan bildirilib ki, iclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

 

İclasda tibb üzrə 14 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktoru Aynur Səfiyeva və tibb elmləri doktoru Rasim Cəfərli tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 14 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
4
Mənbələr
Şərh ()
Bağla