AZ

Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar?

İşə qəbul, o cümlədən, ali məktəb, kollec, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında tibbi arayışlar, həmçinin sürücülük vəsiqəsini əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayış mayın 1-dən etibarən elektron formada təqdim olunur.

 

Aztibb.az-ın məlumatına görə, sağlamlıq haqqında tibbi arayışları elektron formada əldə etmək üçün vətəndaşlar yenə də əvvəlki qaydada tibb müəssisəsinə müraciət etməli, tələb olunan laborator analizlər verməli və həkim qəbullarından keçməlidirlər.

 

Arayışın hazır formasını əldə etmək üçün isə vətəndaşlar öncə “E-TABİB” mobil tətbiqə daxil olaraq qeydiyyatdan keçməli və şəxsi kabinetə daxil olaraq QR kod vasitəsilə tibbi arayışı elektron qaydada əldə etməlidir.

 

Elektron çap formanın üzərindəki QR kodu oxutmaqla açılan veb-səhifədə arayışın qüvvədə olma müddətini və ümumi məlumatları yoxlamaq və PDF formatı yükləmək mümkündür.

 

Qeyd edək ki, bu arayış növü İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığından ödənişlidir. İşə qəbul, o cümlədən, ali məktəb, kollec, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında tibbi arayışların rüsumu 40 AZN, sürücülük vəsiqəsini əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın dövlət rüsumu isə 50 AZN təşkil edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq