AZ

“Qəbələ” Premyer Liqada qalmalıdır” – Azər Bağırov

“Qəbələ”nin sonuncu yerdə olması bizi məyus edir. Çünki bu klub uşaq futbolunda və Premyer Liqada yaxşı işlər görüb. “Qəbələ”nin Azərbaycan futbolunda öz dəsti-xətti var”.

Bu sözləri İdmanxeber.az saytına “qırmızı-qaralar”ın sabiq məşqçisi Azər Bağırov bölgə təmsilçisinin hazırkı durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Qəbələ” Premyer Liqada qalmalıdır. Düzdür, idman prinsipləri məsələsi var. Ancaq qərar verəndə bunun mənfi-müsbət tərəfləri nəzərə alınmalıdır. Yeni AFFA rəhbəriyi bu məsələni yaxşı bilir və tam ədalətli qərar qəbul edəcək. Yekunda hamımız onunla razılaşacağıq. Çünki bizim bildiyimiz və bilmədəyimiz məsələlər var”.

“Araz Naxçıvan”ın sabiq baş məşqçisi Premyer Liqada komanda sayının artırılması məsələsinə də münasibət bildirib:

Əlbəttə, hər kəs klub sayının artmasını istəyir. Bu, Azərbaycanda bölgələrin futbolla canlanması deməkdir. Mən istərdim ki, MOİK də Premyer Liqaya buraxılsın. Çünki ölkə futbolunun ən böyük problemlərindən biri də əsgərlik yaşına çatmış oyunçuların hərbi xidmətə yollanmasıdır. Sırf bu səbəbdən indiyə qədər onlarca futbolçu itirmişik. Bu, Azərbaycan futbolunun ən böyük problemlərdən biridir. Ümumən APL-də komanda sayının artması ölkə futbolunun inkişafına səbəb ola bilər”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq