AZ

Qəhvənin bilinməyən faydaları

Qəhvənin tərkibində 1200-dən çox kimyəvi birləşmələr var. Onlarda 800 dadlı və ətirlidir. Həmçinin tərkibi 20 növ amin turşusu, PP, B1, B2 vitaminləri, kalsium, maqnium, natrium, kalium, fosfor, dəmirlə zəngindir.

 

Xətai Tibb Mərkəzinin uzman həkimi Çinarə Səfərova Aztibb.az-a bildirib ki, qəhvə güclü sidikqovucu təsirə malikdir. Bu səbəbdən də onu içərkən su balasını nəzarət altında saxlamaq, gün ərzində adi su qəbul etmək lazımdır.

 

Onun sözlərinə görə, qəhvə bağırsaqları yumşaltmaq qabiliyyətinə malikdir. Qəhvə tonuslandırıcı içkilərdəndir, o insana güc, gümrahlıq verir, yaddaşı möhkəmləndirir və diqqət dağınıqlığını aradan qaldırır. Qəhvənin tərkibində olan kofein baş ağrılarını aradan qaldırır, miqren və təzyiqin aşağı olduğu zamanlarda çox faydalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq