AZ

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə görə cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda Misli Premyer Liqasının 32-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

 “Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz”un  futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Oyuna FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib. Matç bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.
 
“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. Oyunun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödəniləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq