AZ

Bakı Avropa çempionatına ev sahibliyi edəcək

Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, qitə çempionatına yunan-Roma güləşçiləri start verəcəklər. Daha sonra olar estafeti qadın güləşçilərə ötürəcəklər. Yarışa sərbəst güləşçilər yekun vuracaqlar. Görüşlər hər gün saat 10:30-da start götürəcək.

Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə Avropa çempionatının biletləri “Iticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq