AZ

Diniyev üçün gerisayım başladı

Premyer Liqada çempion mart ayından bəlli olsa da, avrokubok yarışı hələ də davam edir. Hazırda 4 komanda – “Neftçi”, “Zirə”, “Sumqayıt” və “Sabah” bu mübarizənin içərisindədir.

Bu klublarla yanaşı, avrokubok iddiasında olan “Səbail” də var idi. Rəhbərlik yaxşı büdcə və geniş heyətlə Şahin Diniyevdən müsbət nəticələr gözləyirdi. Maliyyə baxımından “Sumqayıt” və “Zirə”dən heç də geri qalmayan “dənizçilər” bu yarışda rəqiblərinə uduzdu.

Rəhbərlik mövsümün əvvəlində komandanın qarşısına avrokubok iddiası qoymasa da, yaranan fürsətdən istifadə edilməsini istəyirdi. Ancaq Şahin Diniyevin rəhbərlik etdiyi komanda bunu bacarmadı. Təcrübəli mütəxəssis kifayət qədər səviyyəli heyətlə avrokubok şansını əldən verdi.

Artıq nəticələr rəhbərliyi razı salmır. Baş məşqçi hər veclə komandada qalmaq istəsə də, onunla yollar ayrıla bilər. Çünki klub rəhbərliyi hazırkı büdcə ilə avrokuboka yollanmağın mümkün olduğuna inanır. Bu səbəbdən də yayda müqaviləsi başa çatacaq Diniyevlə mövsüm sonu sözləşmə yenilənməməsi təəccüblü olmayacaq. 

İdmanxeber.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq