AZ

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir

“GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək. 

 “GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları gündəmə gətiriləcək.

Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər haqqında danışılacaq. 

Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq. 

Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq. 

Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutması gözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulması üçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində daha təhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətində effektiv strategiyaların hazırlanmasına səbəb olacaq. 

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8995
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5514
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5333
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5119
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5012
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3918
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3190
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3075
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3063
Sabah 20 dərəcə isti olacaq
2824
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2821
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2611
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2392
Röyanın biabırçı videosu yayıldı
2342
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2193
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2133
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2086
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1778
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721