AZ

Azərbaycanda şirkət əmək qanunvericiliyini pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB

"Predsol" MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub

FED.az  xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

 İş bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
11
Mənbələr
Şərh ()
Bağla