AZ

Fitness məşqçisi “Nordic” yürüyüşünün psixika üçün faydalarından danışıb

Skandinaviya yürüyüşü kimi tanınan bu yürüyüş növü sürətli yerişin qaçışla əvəz olunduğu “Nordic” yürüyüşünün bir variantıdır. Bu yürüyüş yeriməklə qaçmağın üstünlüklərini birləşdirir, əlavə hərəkət yaratmaq və oynaqlarda təzyiq paylamaq üçün dirəklərdən də istifadə edilir.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, fitness məşqçisi Natalya Strelkova “Nordic” yürüyüşünün psixika üçün faydalarından danışıb.

Mütəxəssisin sözlərinə görə, bu növ fiziki fəaliyyətlə müntəzəm məşq etmək qanın oksigenlə doymasını , əhval-ruhiyyəni, yuxunun keyfiyyətini yaxşılaşdırır, sinir sisteminin həyəcanını azaldır, maddələr mübadiləsini normallaşdırır.

Belə təlim xüsusilə depressiyadan əziyyət çəkən insanlar üçün faydalıdır. Xüsusilə “Nordic” yürüyüşü stresin öhdəsindən tez gəlməyə kömək edir.

Məşqçi əlavə edib ki, skandinav yürüşləri psixikadan əlavə fiziki sağlamlığa da müsbət təsir göstərir:

"Təlimdən sonra bədənin yuxarı hissəsində, ayaqlarda və kürəkdə ağrılar azalır, ürəyin fəaliyyəti yaxşılaşır və əzələlər güclənir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq