AZ

Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı - Nicat Muştaqov

“Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Nicat Muştaqovdan bəhs edəcəyik.

 

O, 1991-ci ildə Qəbələ rayonunda anadan olub. 2010-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2015-2020-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə rezidentura keçib.

 

N.Muştaqov 2021-ci ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Spinal neyrocərrahiyyə şöbəsində həkim-neyrocərrah vəzifəsində çalışır.

 

Həkim neyroonkologiya - onurğa-onurğa beyni şişləri, baş-onurğa sütunu travmaları - kəllədaxili qanamalar, boyun fəqərə sınıq çıxıqları, fəqərə sürüşməsi, onurğa kanal daralmalarında - implantlar, fəqərəarası disk yırtıqları və s. cərrahi əməliyyatları icra edir.

 

O, Vətən müharibəsində könüllü xidmət göstərən ağxalatlı qəhrəmanlarımızdan biridir.

 

N.Muştaqov 2022-ci ildə İstanbul “Spine Masters & İSMiSS Turkey” konfransında, 2023-cü ildə “Wisconsin-Madison University” əməkdaşları tərəfindən keçirilən "Basic mikroanastamoz" kursunda iştirak edib.

 

Eyni zamanda, Yaxın Şərq Onurğa Cəmiyyətinin (Middle East Spine Society) üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla