AZ

Bakının əmlak bazarında qiymətlər artıb

Ötən ay Bakının daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə müvafiq olaraq ortalama 1,34 % artıb.

Bakıda bu evlər - BAHALAŞDI

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc  bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 % çoxdur.

O bildirib ki, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 1,54 %, il ərzində 12,3 % artım, köhnə tikililərdə isə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,27 %, il ərzində 9 % artım qeydə alınıb: “Bazarda təklif portfelinin həcmi ay ərzində 2,4 %, il ərzində 17,8 % yüksəlib. İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,2 %, il ərzində 17,3 % artım müşahidə edilib. Elə rayonlar var ki, mənzillərin qiyməti orta həddin üstündə artıma məruz qalıb. Məsələn, Nərimanov və Xətai rayonlarına 20 % - 25 %-ə kimi artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,9 %, il ərzində isə 24,1 % artıb”.

V.Oruc deyib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 1,5 % azalma, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 2,9 %, il ərzində isə 21,8 % artıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8272
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5321
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5159
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4875
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4684
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3810
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3105
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2852
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2799
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2774
Sabah 20 dərəcə isti olacaq
2707
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2301
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2271
Röyanın biabırçı videosu yayıldı
2250
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2115
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2090
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1878
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1688
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1673