AZ

“Qarabağ”a qarşı ikili standartlar – VİDEO+FOTO

UEFA Avropa Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Roma” – “Bayer” görüşündəki bir epizod Azərbaycan futbol ictimaiyyətində böyük müzakirələrə səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, İtaliyada baş tutan matçda Leverkuzen təmsilçisinin müdafiəçisi Conatan Tahın rəqib hücumçu Romelu Lukakuya qarşı kodubluğunu fransalı hakim Fransua Letekse sarı vərəqə kimi dəyərləndirib.

Bu epizod azərbaycanlı futbolsevərlərə Avropa Liqası 1/8 final mərhələsi çərçivəsində Almaniyada keçirilən “Bayer” – “Qarabağ” matçını xatırladıb. Belə ki, həmin qarşılaşmada Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev “Bayer”in futbolçusuna qarşı eyni şəkildə qaydanı pozsa da, tanınmış referi Entoni Toyler oyunçumuza birbaşa qırmızı vərəqə göstərmişdi.

Bənzər epizodlarda fərqli qərarların verilməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Azərbaycanlı futbolsevərlər Avropalı hakimlərin “Qarabağ”a qarşı ədalətsizlik etdiyini iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla