AZ

Ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair yeni qayda müəyyənləşib

Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməli, növbəti ortamüddətli dövr (2025 – 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilməlidirlər. 

Nazirlər Kabineti nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməli, sektorlar üzrə strateji planların hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” yeni redaksiyada təsdiqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8272
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5321
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5159
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4874
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4683
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3810
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3104
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2852
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2799
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2774
Sabah 20 dərəcə isti olacaq
2707
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2301
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2271
Röyanın biabırçı videosu yayıldı
2250
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2115
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2090
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1878
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1688
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1670