AZ

Hər gün çimməyin faydaları və zərərləri nələrdir? - ARAŞDIRMA

Aktiv həyat tərzinə sahib insanlar hər gün çimirlər.

Hit.az bildirir verir ki, hər gün çimmək dəri və bədən gigiyenasını qorumaq üçün olduqca vacibdir.

Lakin hər kəsin gündəlik həyat tərzi və dəri səthi fərqli olduğuna görə duş almaq ehtiyacı da müxtəlif olur. Üstəlik, dəriniz qurudursa və ya duşdan sonra qurumağa meyllidirsə, hər gün duş qəbul etmək dərini quruda və həssaslaşdıra bilər. Ona görə də çimmə sıxlığına hər kəs özünəuyğun qərar verməlidir. 

Ümumiyyətlə hər gün çimməyin həm faydaları, həm də zərərləri var. 

Hit.az hər gün çimməyin faydalarını da, zərərlərini də təqdim edir.

Faydaları:

1. Gigiyena
Hər gün çimmək dəridə yığılmış kir, yağ və təri çıxarmağa, eləcə də onu təmiz və sağlam saxlamağa kömək edir.

2. Təravət və rahatlıq
Duş qəbul etmək günün yorğunluğunu atmağa və insanı bir növ təravətləndirməyə kömək edə bilir. Çünki isti su əzələləri rahatlaşdırır və stressi aradan qaldırır.

3. Qoxuya nəzarət
Müntəzəm olaraq duş qəbul etmək pis qoxuların qarşısını alır və bədəninizi təravətli saxlayır.

4. Dəri sağlamlığı
Hər gün duş qəbul etmək dərinizi nəmləndirir və bakteriyaların çoxalmasının qarşısını alaraq dəri sağlamlığını dəstəkləyir.

Zərərləri:

1. Dərinin quruluğu
Tez-tez duş almaq dərini qurudur və qıcıqlanmaya səbəb ola bilir. Xüsusən də isti su istifadə edildikdə bu problem özünü daha qabarıq şəkildə göstərir. 

2. Təbii yağların məhv edilməsi
Hər gün çimmək dərinin təbii yağ balansını poza, habelə quruluq və qıcıqlanmaya da səbəb ola bilər.

3. Ətraf mühitə təsir
Həmçinin, hər gün duş qəbul etmək su istehlakını artıra bilər. Nəticədə, ətraf mühit resurslarından istifadənin artmasına səbəb olur.

4. Enerji istehlakı
İsti suyun müntəzəm olaraq uzunmüddətli istifadəsi enerji istehlakını artıra bilər. Bu isə öz növbəsində ətraf mühitə təsir edə və enerji xərclərini artıra bilər.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq