AZ

Litvadan Rusiyanı qəzəbləndirəcək addım

"Litvadakı ABŞ taboru planlaşdırıldığı kimi 2026-cı ilə qədər deyil, qeyri-müəyyən müddətə qədər ölkədə qalacaq".

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurynas Kasciunas bildirib.

Litva Milli Radio və Televiziyasının xəbərinə görə, Kasciunas Estoniyada yerləşən Baltik Xəbər Agentliyinə Litvada yerləşdirilən ABŞ qüvvələrinin vəziyyəti ilə bağlı açıqlama verib.

"Vaşinqtona səfərim zamanı mən ABŞ Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyindən (Pentaqon) güclü və aydın mesaj aldım ki, Litvada ABŞ taboru planlaşdırıldığı kimi 2026-cı ilə qədər deyil, qeyri-müəyyən müddətə qalacaq" – deyə Kasciunas deyib.

ABŞ-ın Litvadakı hərbi varlığının əvəzsiz olduğuna diqqət çəkən Kasciunas, ölkəsində Rusiyanı çəkindirə biləcək bir qüvvənin olmasının vacibliyini vurğulayıb.

Kasciunas həmçinin ABŞ-ın “Javelin” tank əleyhinə raketlərinin Litvaya çatdırılmasında irəliləyiş olduğunu və raketlərin ayın sonuna doğru çatacağını bildirib.

Qeyd edək ki, Litvanın keçmiş müdafiə naziri Arvydas Anusauskas 2022-ci ilin oktyabrında ölkəsində yerləşdirilən ABŞ taborunun vəzifəsini 2026-cı ilə qədər davam etdirəcəyini açıqlamışdı.

Nazir Kasciunas bir çox amerikalı adlarla Litva ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün ABŞ-a gedib. Kasciunasın bu ölkəyə səfəri davam edir, o, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Uilyam LaPlante də daxil olmaqla siyasi nümayəndələrlə görüşüb.

Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq