AZ

“Zirə”də ciddi itkilər: ikisi cəzalı, ikisi zədəli

“Zirə” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, qəsəbə təmsilçisinin zədəli iki oyunçusu – İssa Cibrila və Filipe Paxtman zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Bu oyunçularla yanaşı, cəzalı olan Vladislav Kulaçla Dmitrios Çantakias da “Turan Tovuz”la görüşü buraxmalı olacaq. Hər iki futbolçu da sarı vərəqə limitini doldurub.

Xatırladaq ki, “Turan Tovuz” – “Zirə” oyunu mayın 5-də, saat 16:30-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla