- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
33-cü tura sabah keçiriləcək iki oyunla start veriləcək. “Kəpəz” – “Sumqayıt” matçını Tural Qurbanov idarə edəcək. “Qarabağ” – “Neftçi” görüşündə isə İnqilab Məmmədov söz sahibi olacaq.
İkinci oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Zirə” matçının baş hakimi Elçin Məsiyev olacaq. “Araz-Naxçıvan” – “Sabah” görüşü isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
“Səbail” – “Qəbələ” arasında baş tutacaq turun qapanış matçını isə Əli Əliyev idarə edəcək.
Premyer Liqa
33-cü tur
4 may
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 16:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azersun Arena”, 19:30.
5 may
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:30.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
6 may
“Səbail” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 19:00.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.