- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycanın futbol üzrə U-17 millisinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsindəki rəqibləri müəyyənləşib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.
Azərbaycanın U-19 millisi isə Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində mübarizə aparacaq. Komanda 7-ci qrupda İrlandiya, İslandiya və Moldova yığmaları ilə qarşılaşacaq. Yarışın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.