AZ

Husilər bu gəmirlərə hücum edəcək

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Aralıq dənizi də daxil olmaqla İsrail limanlarına gedən gəmilərə hücum edəcəklər.

HİT.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

Saria husilərə məxsus Əl Məsirə telekanalında deyib: "Biz Aralıq dənizindəki işğal olunmuş Fələstinin limanlarına gedən bütün gəmilərə, eləcə də əlimizdə olan istənilən əraziyə hücum edəcəyik".

Daha əvvəl Sariya Yəməndəki Ənsar Allahdan olan husilərin İsrailin Eylat şəhəri ərazisində bir neçə hədəfə hücum etdiyini və raket zərbələri endiriblər. Saria həmçinin əlavə edib ki, husilər Ədən körfəzində İsrailin MSC Darwin gəmisinə hücum ediblər. 

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah İsrailə hücum etmək və Fələstin anklavında əməliyyat başa çatana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçidini əngəlləmək niyyətini açıqlayıb. Ötən ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində çoxsaylı mülki gəmilərə hücum edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq