AZ

32 yaşlı qadın mütəxəssis kişi komandasının baş məşqçisi oldu

32 yaşlı mütəxəssis Sabrina Vittmann Almaniya üçüncü divizionunda çıxış edən “İnqolştadt”ın müvəqqəti baş məşqçisi təyin edilib.

Arena.az məlumat verir ki, bu təyinat 54 yaşlı mütəxəssis Maykl Köllnerin klubdan ayrılmasından sonra gerçəkləşib.

“Biz əminik ki, Sabrina əsas komandamız üçün mövsümü müsbət yekunlaşdırmaq məqsədilə təcrübəsi və futbolda tədris qabiliyyəti, eləcə də iddiaları sayəsində məhz həmin insandır”, – “İnqolştadt” klubu “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən açıqlamasında bildirib.

Əvvəllər “Vittmann” U-17 və U-19 komandaları da daxil olmaqla, “İnqolştadt”ın gənclər komandalarını çalışdırıb. Həmçinin xanım mütəxəssis “İnqolştadt”da futbolun inkişafı şöbəsinin idarə edilməsi ilə də məşğul olub.

Almaniya üçüncü divizionunun 35 turundan sonra “İnqolştadt” 49 xalla 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
Mənbələr
Şərh ()
Bağla