AZ

Mina problemi necə həll olunmalıdır ?

"Azərbaycan minalar və partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşib və bu problem insanların həyatına mənfi təsir edir". 

Bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirdə çıxışı zamanı deyib.

Siyasi şərhçi Azər Həsrət Hit.az- a deyib ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər:

"Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir".

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla