AZ

Güləş yığmamız Olimpiya Təsnifat turnirinə 9 pəhləvanla yollanır

Bu il mayın 9-dan 12-nə qədər Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Arena.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaqlar. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.

Qadın güləşçilərin yarışında isə 5 təmsilçimiz qüvvəsini sınayacaq. Bu növdə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcəklər.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcəklər.

Xatırladaq ki, güləşçilərimiz indiyə qədər 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq) lisenziya əldə olunub. Yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq