AZ

Alkaras Romada olmayacaq

“Böyük dəbilqə” üzrə iki dəfə çempion olan Karlos Alkaras Romadakı “Masters”də iştirak etməyəcək. Bunun səbəi çiynindəki zədədir.

Madrid turnirində Andrey Rublyova uduzan ispan tennisçi bu gün MRT yoxlanışından keçib. Onun əvvəlki zədəsinin yenidən üzə çıxdığı aşkar edilib. Tennisçi müəyyən müddət oynamayacağını bildirib.

Əlavə edək ki, Madriddəki turnirdə Sinner və Medvedev də zədələnərək mübarizəni tərk etmişdilər. Onların gələn həftə başlayacaq Roma turnirinə qədər sağalıb-sağalmayacağı sual altındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla