AZ

“Qaçaqmalçıları məmurlar himayə edir” - Ekspert

“Azad İstehlakçılar Birliyi bazarda olan qarışlıqlığı, haqsız rəqabət mühtinin mövcudluğunu daim araşdırır. Səkkiz il bundan öncə apardığımız araşdırma zamanı parfümeriya mallarının qaçaqmal yoluyla ölkəyə gətirilməsində dövlət məmurunun iştirakını üzə çıxardıq və icimiləşdirdik. Məlum oldu ki, vaxtilə gömrük orqanlarında işləmiş bir şəxs həmin malların qaçaqmalıyla məşğul olur”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, qaçaqmalçılığa keçmiş məmurların havadarlıq etdiyini bildirib:

“Düşünürəm ki, qaçaqmalların doxan faizində hazırda dövlət işində işləyən və təqaüddə olan məmurların rolu var. Onlar sanki öz yoldaşlarıyla “birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipi ilə işləyirlər. “Sədərək” bazarına nəzər salsaq, bunu təsdiq edən faktları görə bilərik. O cümlədənbu gün Tovuz Gömrük İdarəsindəki “Redbull” əməliyyatı məni heç də təəccübləndirmir. Bu adamlar mütləq nəzarətə götürülməlidir. Bütün bunlar Azərbaycan bazarında xaos, haqsız rəqabət yaradır və normal işləyən biznesmenlərin fəaliyyətinə maneəçilik törədir. İyirmi il bundan öncə bizim təşkilat yaranan vaxtı məlum oldu ki, müsadirə olunmuş təhlükəli mallar da satışa çıxarılır".
Ekspertin sözlərinə görə, ölkəyə tibbi avadanlıqların gətirilməsinə də müdaxilə edilir:

“Bu gün bizə çox maraqlı bir məlumat daxil olub. Belə ki, ölkəyə tibbi avadanlıq gətirən qurumlardan biri kosmetalogiyada istifadə olunan tibbi avadanlığın elektron beynini dəyişir, ora özü bir əlavə qoyur. Hanı ki, baha qiymətə satılan bu avadanlığı həmin o cihaz xarab edə bilər. Sonda istehlakçı məcbur qalıb onlara müraciət etməli olur. Təəssüflər olsun ki, ölkəyə bu cür avadanlıqlar gətirən, halal bizneslə məşğul olan insanlar bu hallara qarşı susqunluq nümayiş etdirilər”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq