AZ

Öldürdüyü şəxsin gözünü və qulağını yeyən şübhəli həbs edildi

ABŞ-nin Las-Veqas şəhərində öldürdüyü şəxsin gözünü və qulağını yeyən 29 yaşlı şübhəli həbs edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, hücumçu şəxs naməlum səbəbdən küçədəki insanlara hücum edib.

Hücum zamanı onlardan biri başından zədə alaraq həyatını itirib.

Hadisə yerinə gələn polislər zərərçəkənin gözünün və qulağının olmadığını görüblər.
 
Qeyd edək ki, şübhəli ifadəsində 5 gündür yata bilmədiyini, beynində səslər eşitdiyini və psixoloji problemləri olduğunu iddia edib.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla