AZ

Avropanın ən gözəl çimərlikləri açıqlandı - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı Ain Tuffieha çimərliyi (Ghajn Tuffieha Bay) 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. Maraqlıdır ki, Malta özü daha əvvəl 2024-cü ildə Avropanın ən yaxşı 3 turizm istiqamətinə daxil olub.

HİT.az xəbər verir ki, hər iki reytinq nüfuzlu səyahət resursu “European Destinations 2024” tərəfindən bütün dünyadan Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib.

Reytinqi tərtib edənlərin qeyd etdiyi kimi, gözəl qayalıqları və qumlu çimərliyi ilə Avropa Komissiyası tərəfindən davamlı turizmə sadiqliyinə görə mükafatlandırılan gözəl sahil kəndi Melliehadan çox uzaqda olmayan Ayn Tufiha körfəzi istirahət üçün ideal yerdir. Bu çimərlik yüksək təmizlik və xidmət standartları, restoranlar və qəlyanaltı barı, həmçinin şezlonglar və su fəaliyyətləri təklif edir.

2024-cü ildə Avropanın ən gözəl 15 çimərliyi
1. Ghajn Tuffieha Bay çimərliyi (Melliha, Malta).

2. Monte Kleriqo çimərliyi (Aljezur, Alqarve əyaləti, Portuqaliya).

3. Ölüdəniz çimərliyi (Fethiye, Muğla vilayəti, Türkiyə).

4. Canal d'Amour (Sidari, Korfu adası, Yunanıstan).

5. Porto Timoni (Korfu adası, Yunanıstan).

6. Las Teresitas çimərliyi (San-Andres, Kanar adaları, İspaniya).

7. Odeceixe çimərliyi (Aljezur, Alqarve əyaləti, Portuqaliya).

8. St Paul's Bay Beach (Lindos, Rodos Island, Yunanıstan).

9. As Catedrais (Qalisiya, İspaniya).

10. Kalpe çimərliyi (Alikante, Kosta-Blanka bölgəsi, İspaniya).

11. Porto Katsiki (Lefkada, Yunanıstan).

12. Scialara çimərliyi (Vieste, Apuliya bölgəsi, İtaliya).

13. Grado çimərliyi (Venesiya/Trieste, İtaliya).

14. Ksamil çimərliyi (Saranda, Vlore bölgəsi, Albaniya).

15. Vai çimərliyi (Krit adası, Yunanıstan).

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
359
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq