AZ

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub.

Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb.

Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb.

"Gördüm ki, yoldaşı ilə dalaşır. Məndən bir litrlik qab istədi, dedi ki, gedib benzin alacağam. Əmin oldum ki, özünü yandıracaq".

Ətraflı Baku TV-nin süjetində:

16:33

Bakıda küçədə özünü yandıran kişiyə birinci və ikinci termiki yanıq diaqnozu qoyulub.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30 yaşında şəxsin (kişi cinsli ) özünü yandırması səbəbilə çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən xəstə üzün, döş qəfəsinin, yuxarı ətrafların birinci və ikinci termiki yanıqları diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Şöbəsinə hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.

13:00

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.

Bu barədə görüntülər Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə ediblər.

Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxsin sevdiyi qadın o ünvanda yaşayır və özünü ona görə yandırıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq