AZ

Aqrar sığortaya maraq artır

“Aqrar sığorta sahibkarın  müflisləşməsinə,  fermer kimi sıradan çıxmasının qarşısını alır”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

A.Nəsirlinin sözlərinə görə aqrar sektorda risklər sığortalandıqca, sahibkarların bu istiqamətdə fəaliyyətə marağı artır: 

“Bu sahədə maarifləndirmənin genişləndirilməsi və təbliğatın düzgün qurulması hesabına sahibkarların sığortalanmaya meyli daha da artıb. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi artır”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla