AZ

Zlatan İbrahimoviç: “Düşünürəm ki, mən hələ də ən yaxşıyam”

İsveç yığmasının sabiq mərkəz hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasına xitam verməsi haqda qərarından danışıb.

Arena.az “ABTalks” podkastına istinadən “İbra”nın bu barədə fikirlərini təqdim edir:

“Mən qaydasındayam. Həyat gözəldir, həyat mənə yaxşı yanaşır. Səkkiz ay əvvəl futbol oynamağı dayandırdım və indi həyatım başqadır. Eqoma, özüm haqqında düşünmə tərzimə görə çətin olsa da, futbol oynamağa xitam verdiyimi qəbul etdim.

Düşünürəm ki, mən ən yaxşıyam, hələ də ən yaxşıyam. Davam isə edə bilərdim, amma dayandırmağa qərar verdim. Niyə? Çünki ailəmə yaxşı həyat arzulayıram. Oğullarımla idman edə bilmək istəyirdim, çünki dizimdəki fəsadlara görə bunu edə bilməyəcəyimi düşünürdüm. Mən bununla barışmalı idim. Elə bir məqam gəldi ki, öz-özümə dedim: “Hər şey qaydasındadır. Bunu burax və həyatında yeni bir fəsil başla”.

Xatırladaq ki, hazırda İbrahimoviç “Milan”ın baş məsləhətçisi vəzifəsində çalışır.

İbrahimoviç futbolçu karyerasında sonuncu klubu olan “Milan”ın uğurları üçün 2020-ci ilin yanvar ayından çalışırdı. Zlatan 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Ümumilikdə İbrahimoviç “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub, 35 məhsuldar ötürmə verib.

İsveçli futbolçu PSJ (180 oyun, 156 qol, 61 məhsuldar ötürmə), “İnter” (117 oyun, 66 qol, 30 məhsuldar ötürmə), “Ayaks” (110 oyun, 48 qol, 17 məhsuldar ötürmə), “Yuventus” (92 oyun, 26 qol, 20 məhsuldar ötürmə), “Los-Anceles Qelaksi” (58 oyun, 53 qol, 15 məhsuldar ötürmə), “Mançester Yunayted” (53 oyun, 29 qol, 10 məhsuldar ötürmə), “Barselona” (46 oyun, 22 qol, 13 məhsuldar ötürmə) və “Malmö” (3 oyun, 3 qol, 1 məhsuldar ötürmə) klublarında oynayıb.

İbrahimoviç uğurları üçün çalışdığı komandaların əksəri ilə çoxsaylı qənimətlər qazanıb, hər mövsümdə müxtəlif fərdi nailiyyətlərə imza atıb.

Zlatan İbrahimoviç 2001-ci ilin yanvarında debüt etdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 122 oyun, 62 qol, 25 məhsuldar ötürmə.

Özünməxsus əcaibliyi ilə diqqət çəkən “İbra”nın gerçək siması ilə ictimai siması arasında təzad var. Arada Zlatan özünün tanrı olduğunu car çəkir, arada isə ziyadə kobudluğu ilə fərqlənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla