- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Dortmund “Borussiya”sı futbolçusu Marko Roysla müqaviləni yeniləməmək qərarına gəldiyini açıqlayıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi cari mövsümün sonunda “Borussiya”nı tərk edəcək.
Marko Roys 2012-ci ilin yayından “Borussiya”da çıxış edir. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.
Bu ay Roysun 35 yaşı tamam olacaq.
“Borussiya” mayın 1-də Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında PSJ-ni məğlub edib (1:0).
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.