AZ

Vinisius, Andrix və Əl-Kaabi - Həftənin ən yaxşıları

“Real”ın braziliyalı sol cinah vingeri Vinisius Junior futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu buna komandasının Almaniya nəhəngi “Bayern”lə səfər oyununda komandasının hər iki qolunu vurmaqla nail olub. Madrid təmsilçisi Münhendən sərfəli 2:2 hesabı ilə qayıdıb və cütün taleyini doğma azarkeşlərinin önündə həll etmək şansı qazanıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına digər namizəd Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya) idi. O, Fransa nəhəngi PSJ-yə 1:0 hesabıyla qalib gəldikləri ev oyununda müdafiədəki etibarlı oyunu ilə diqqət çəkib. Hummelsin bu oyundakı ötürmələrinin (86) 90 faizinin dəqiq olması da xüsusi qeyd oluna bilər.

Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.

Avropa Liqasında Almaniyanın “Bayern” klubunun dayaq yarımmüdafiəçisi Robert Andrix ən yaxşı elan edilib. 29 yaşlı alman futbolçu səfərdə İtaliyanın “Roma” komandasına 2:0 hesabıyla qalib gəldikləri görüşdə 1 qol vurub. Həmçinin onun ötürmələrinin 87 faizi dəqiq olub.

Avroliqada həftənin ən yaxşısı adına digər namizəd Ten Kopmeyners (“Atalanta”, İtaliya) idi. O, Marsel “Olimpik”i (Fransa) ilə səfərdə 1:1 hesablı heç-heçə oynadıqları qarşılaşmada bir assistlə yadda qalıb. Üstəlik, 26 yaşlı niderlandlı futbolçunun ötürmələrinin 87 faizi dəqiq olub.

Avropa Konfrans Liqasında da Ayub Əl-Kaabi (“Olimpiakos”, Yunanıstan) həftənin ən yaxşı oyunçusu seçilib. Mərakeşdən olan 30 yaşlı futbolçu İngiltərədə “Aston Villa”nı 4:2 hesabıyla məğlub etdikləri qarşılaşmada het-triklə özündən söz etdirib.

Konfrans Liqasında həftənin ən yaxşısı adına Mbala Nzola (“Fiorentina”, İtaliya) da namizəd idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla