AZ

Anası da daxil olmaqla, 10-dan çox adamı öldürən rahib azadlığa buraxıldı

Anası da daxil olmaqla 10-dan çox adamı qətlə yetirməkdə təqsirli bilinən belçikalı keşiş İvo Poppe 27 il deyil, 6 il həbsdə yataraq səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Belçikanın "De Standaard" qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, məhkəmə 2018-ci il fevralın 1-də məhkum olunmuş 61 yaşlı (həmin vaxt) Poppeni həbsxanada “prostat vəzi xərçəngindən adekvat müalicə ala bilmədiyi”nə görə azadlığa buraxmağa qərar verib. 

O, artıq 27 illik cəzasının 6 il 3 ayını çəkərək həyat yoldaşının müşayiəti ilə həbsxanadan çıxıb.

İvo Poppe, Belçika mediası tərəfindən "ölüm diyakonu" ləqəbini alıb. Onun məhkəməsi dörd ildən çox davam etmişdi. 

2013-cü ilin sonunda Belçikanın qərbindəki Vevelgem şəhərindəki bir kilsə keşişi ilə bağlı dəhşətli faktlar üzə çıxmışdı.

O, Menendəki "Sint Joris" xəstəxanasında tibb işçisi kimi çalışarkən onlarla insana evtanaziya etdiyini boynuna alıb. O, bunu əsasən damarlara böyük miqdarda hava daxil etməklə yerinə yetirib. Rahibin sözlərinə görə, həmin anlarda keçirdiyi "güc" hissi onu öldürməyə vadar edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5
Mənbələr
Şərh ()
Bağla