AZ

Ermənistanda Azərbaycanla bağlı cinayət işinə xitam verildi

Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb.

Bakupost.az "Sputink Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.

“Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb”, - Vardapetyan bildirib.

Qeyd edək ki, cinayət işinin açılmasına səbəb olan hadisələr ötən ilin aprelində baş verib. Ermənistan hərbçilərinin şərti sərhəddəki təxribatçı fəaliyyətinə Azərbaycan ordusu müvafiq şəkildə cavab verib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq