AZ

Consonu seçki məntəqəsindən qovdular - Özü verdiyi qanuna görə

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yerli seçkilər zamanı şəxsiyyət vəsiqəsi evdə qaldığına görə seçki məntəqəsinə buraxılmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Sky News bildirib.

"Seçki məntəqəsinin üzvləri keçmiş baş naziri Dauninq-stritdə olarkən qəbul etdirdiyi qanunun tələblərinə əməl etmədiyi üçün məntəqdən qovmaq məcburiyyətində qaldılar", - xəbərdə deyilir.

Sky News qeyd edib ki, 2022-ci ildə Boris Consonun özünün təşəbbüsü ilə Böyük Britaniyada yeni seçki qanunu qəbul edilib və o, xüsusən də şəxsiyyət vəsiqəsi olmadan səsvermədə iştirakını qadağan edir. Qanun 2023-cü ildə qüvvəyə minib, lakin bir çox britaniyalı hələ də yeni normaya öyrəşməyib, çünki əvvəllər daha geniş çeşiddə, o cümlədən fotoşəkili olmayan sənədlərlə səs vermək mümkün idi.

Zaur, BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla