AZ

Joze Mourinyo Avropa çempionatı ilə bağlı “falçılıq” etdi

Məşhur portuqal mütəxəssis Joze Mourinyo qarşıdan gələn Avropa çempionatında qələbəyə əsas namizədlərin adını açıqlayıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Portuqaliya, Fransa və İngiltərə. Bəli, gözlənilməzliklər olur. Amma bu komandalardakı oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda düşünürəm ki, Portuqaliya yarışa qalib gəlmək üçün yollanır”, deyə “Mour” özünəməxsus tərzdə vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması Serbiya, Danimarka və Sloveniya komandaları ilə eyni qrupda çıxış edəcək. Fransa yığması Avstriya, Nidrland və Polşa yığmaları ilə eyni dördlükdə yer alıb. Portuqaliya komandası isə Çexiya, Türkiyə və Gürcüstan kollektivləri ilə qrupa düşüb.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq