AZ

Martino: “Messi meydanda istədiyi kimi hərəkət edə bilər”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino həmyerlisi, argentinalı ulduz Lionel Messidən meydanda niyə mövqe tələb etmədiyini açıqlayıb.

Arena.az “Inter Miami News Hub” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

“Messi meydanda istədiyi kimi hərəkət edə bilər. O, dünyanın ən yaxşı oyunçusu və əla qolçudur. Ona görə də məşqçidən, əlavə göstərişlərə ehtiyacı yoxdur. İndi bizim çox oyunumuz yoxdur, ona görə də o, fiziki cəhətdən bərpa olur”, deyə “Tata” Martino bildirib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq