AZ

"Jurnalstika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"

"Qəzzada 100-dən çox jurnalist həlak olub, əksəriyyəti də fələstinlilərdir..." 
 
"Həqiqətə can atan jurnalistlər təkcə öz işinin icrasına görə misli görünməyən təhlükə ilə üzləşir..."
 
ABŞ prezidenti Co Bayden Ümumdünya Azad Mətbuat Günü ilə əlaqədar olaraq ənənəvi bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "mignews.com" nəşri məlumat verib.
 
Öz niqtində Amerika lideri  məlumat verib ki, 2023-cü il son zamanlar jurnalistlər üçün ən ölümcül olub.
 
"Bunun səbəblərindən biri Qəzzada müharibədir, orada həddindən artıq jurnalist həlak olub, əksəriyyəti də fələstinlilərdir", - Bayden deyib.
 
Bundan başqa, o, qeyd edib ki, ötən il bütün dünya üzrə 300-dən artıq jurnalist həbsə atılıb. Onların arasında Rusiyada həbs edilən amerikalı jurnalistlər Evan Qerşkoviç və Alsu Kurmaşeva da var.
 
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır. Ümumdünya Azad Mətbuat Günündə biz bütün dünyada həqiqət axtarışı naminə özlərini qurban verən  cəsur jurnalistlərin və kütləvi informasiya vasitələri işçilərinin xatirəsini yad edirik", - Bayden deyib.
 
ABŞ prezidenti yaxın zamanlarda "mətbuatı susmağa vadar edənlər" barəsində o cümlədən sanksiyalar və vizaların verilməsində qadağa da daxil olmaqla konkret addımlar atacağını vəd edib.
 
Azad Mətbuat Günü ilə bağlı ABŞ Dövlət katibi Entoni Blinken də bəyanatla çıxış edib. O, qeyd edib ki, "həqiqətə can atan jurnalistlər artıq, sadəcə, öz işinin icrasına görə misli görünməyən təhlükə ilə üzləşir". 
 
Blinken vuğulayıb ki, ABŞ  bütün dünyada azad və müstəqil KİV-lərə dəstək verir və hər bir ölkəyə "jurnalistlərin müdafiəsi üçün daha çox iş görməyə" çağırış edib.
 
 Bundan öncə "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı illik azad mətbuat reytinqini dərc edib. İsrail 101-ci yerdədir, qeyd edilir ki, İsrail Müdafiə Ordusu Qəzzada 100-dən artıq KİV işçilərini qətlə yetirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla