AZ

Pentaqon HƏMAS-ın Qəzzada ABŞ əsgərlərinə hücum edəcəyini gözləmir

HƏMAS-ın Qəzza zolağında ABŞ əsgərlərinə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmürük.

NOCOMMENT.az xəbər verir ki, bunu Havay ştatında Avstraliya, Filippin və Yaponiyadan olan həmkarları ilə birgə mətbuat konfransında Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

“Mən burada kəşfiyyat məlumatlarını müzakirə etməyəcəyəm, lakin deyə bilərəm ki, hazırda bunun edilməsinə dair aktiv niyyət əlamətləri görmürəm”, – Pentaqonun rəhbəri vurğulayıb.

Söhbət Qəzzada müvəqqəti körpü tikən və sonradan humanitar yardımın boşaldılmasına nəzarət edəcək Amerika hərbçilərindən gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
Mənbələr
Şərh ()
Bağla