AZ

Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski

Ukrayna Rusiya Federasiyası ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Sərhəd Xidməti Günü münasibətilə sərhədçilərə müraciətində söyləyib.

Onun sözlərinə görə, düşmən hücum əməliyyatlarını genişləndirməyi planlaşdırır.

“Bu gün artıq müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni Ukrayna şərtləri əsasında ədalətli şəkildə başa çatdırmaq üçün hələ keçilməli olan yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik, işğalçı hücum hərəkətlərini genişləndirmək cəhdinə hazırlaşır”, - deyə Zelenski əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
4
Mənbələr
Şərh ()
Bağla