AZ

Şirvan şəhərinin heyəti Manisada

Bu günlərdə Türkiyənin Manisa şəhərində Beynəlxalq Mesir Macunu (Şirniyyət) Festivalı keçirilib. Şirvan şəhərinin nümayəndə heyəti də tədbirdə ölkəmizi təmsil edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digər şəxslər daxil idilər.

Şirvan şəhərindən olan qonaqlar Manisa şəhərinin valisi ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanıb. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Yeri gəlmişkən, Şirvan və Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında “Qardaşlıq və dostluq protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında birgə layihələr, proqramlar, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Q.ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
Mənbələr
Şərh ()
Bağla