AZ

İstanbul – İzmir yolunda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Türkiyədə İstanbul – İzmir şosesində idarəetməni itirən sürücü avtomobilini qısa müddət öncə qəza törətmiş avtomobil ilə ona yardım edən digər üç nəqliyyat vasitəsinə və piyadalara çırpıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılar Bursa Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq