AZ

Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatlar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən hadisə otlaq sahəsinin üzərində baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
7
Mənbələr
Şərh ()
Bağla