AZ

Polşa Rusiyanı kiberhücumda ittiham edir

Polşa

Polşa Almaniya və Çexiya ilə onların demokratik təsisatlarına və siyasi partiyalarına kiberhücumlara görə həmrəy olduğunu bildirir.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, APT 28 hücumlarının da hədəflərindən biri olan Polşa, Rusiya təşkilatlarının kiberməkanda həyata keçirdiyi təkrarlanan, qəbuledilməz və zərərli fəaliyyətləri şiddətlə qınayır:

“Kiberməkanda daim artan təhdidlər qarşısında Polşa kritik infrastrukturun qorunması, dayanıqlığın artırılması və kibermüdafiəni gücləndirmək üçün fəal işləyir”.

Bəyanatda hücumla bağlı hər hansı təfərrüat verilmir.

Xatırladaq ki, Almaniya cümə günü Rusiyanı müdafiə və aerokosmik zavodlara və obyektlərə kiberhücumlarda ittiham edib və bunun mümkün nəticələri barədə xəbərdarlıq edib.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla