AZ

Azı üç nəfər ölüb

Almaniyanın Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə baş verən partlayışdan sonra yanğın baş verib. Dəhşətli insident nəticəsində azı 3 nəfər ölüb, 16 yaralı xəstəxanaya yerləşdirilib.

Şimali Reyn-Vestfaliya əyalətindəki partlama yerli vaxtla saat 02.25 radələrində baş verib. Partlayışdan sonrakı yanğın səsəbilə əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çox sayda sakin nərdivanlarla eyvandan çıxarılıb. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada ölü və yaralılar barədə məlumatı təsdiqləyib. Faciənin səbəbi hələlik məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
vaxt.az

10Mənbələr