AZ

17 may Dünya Hipertoniya günü - "Səssiz qatil"in əlamətləri

17 mayÜmumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Arterial Hipertoniya ilə Mübarizə Günüdür.

"Medicina" xəbər verir ki, 50-60 yaşdan sonra təzyiqin yüksəlməsindən əziyyət çəkməyən insan dünyada azdır.

Son illərə qədər yüksək təzyiq 140/90 mm civə sütunu hesab edilirdisə, indi göstəricilər dəyişib.

Təzyiq ayrılıqda özü xəstəlik deyil, o hansısa digər xəstəlik və problemlərin səbəbidir.


Arterial təzyiqin yeni normaları açıqlanıb.

Rusiyalı həkimlər Yelena Malışeva və German Qandelman arterial təzyiq barədə fikirlərin dəyişdiyini bildirib.


Artıq yeni rəqəmlər qəbul olunub: indi 120/80 mm göstərici və ondan aşağı növ təzyiq normal hesab olunur. 130-a qədər normaldır fikri qəbul edilmir.
Təzyiqin 130/80-ə çatması və keçməsi təzyiqin yüksəlməsi hesab olunur, lakin bu hələ hipertoniya diaqnozu qoymağa əsas vermir.


Əgər rəqəmlər mütəmadi 130-dan bir az da yuxarı qalxarsa, I dərəcəli hipertoniya diaqnozu qoyulur.

Əgər beyin damarına qan 140/90 dərəcədə təzyiq edirsə, o damar əvvəl-axır yırtılır.

AYGÜN MUSAYEVA




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
medicina.az

1Mənbələr