AZ

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş olub

Səhiyyə Nazirliyində Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidin ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.

 

Teymur Musayev Azərbaycanla Küveyt arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

 

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib: “Bu sahədə Azərbaycan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, qarşılıqlı mübadilələrin aparılması və ölkəmizdə tətbiqinə xüsusi əhəmiyyət verir”.

 

Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb: “Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”.

 

Abdullah Mohamed Abdullah Almauidi dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

 

Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, tibb universitetləri ilə milli səhiyyə institutları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
9
aztibb.az

10Mənbələr